Menu

"Müvəkkilimlə görüşməyimə imkan verilmir”- Vəkil Ceyhun Yusifov

14.03.2023, 16:01
"Müvəkkilimlə görüşməyimə imkan verilmir”- Vəkil Ceyhun Yusifov

Vəkil Ceyhun Yusifov hüquqlarını müdafiə etdiyi şəxsin işinə buraxılmadığını bəyan edib.

Bu barədə o, öz feysbuk hesabında paylaşımında bildirib. 

Vəkil qeyd edib ki, 4 gündür Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən ona süni əngəllər törədilir: “Hüquqlarını müdafiə etdiyim Elvin Qasımov barəsində vəkil orderi qəbul edilmir. BMCMİ açıq-aşkar hüquqi yardımın göstərilməsinə qərəzli şəkildə maneəçilik yaradır”.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinə sorğu ünvanlamışıq.

Qeyd edək ki, Elvin Qasımovun adı bir neçə gün öncə Bakı Dövlət Sirkinin qarşısında baş verən silahlı insidentlə bağlı hallanır. Belə ki, sözügedən hücumun sifarişinin Elvinin qardaşı Emin Naxçıvanski (Emin Qasımov) tərəfindən verildiyi bildirilir.

Bununla belə vəkil Yusifov “Qafqazinfo”ya deyib ki, Elvin Qasımov həmin hadisə ilə bağlı yox, narkotik alveri ittihamı ilə Naxçıvanda saxlanılıb və Bakıya göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol