DTX CASUSLUQ EDƏN XARİCİ ÖLKƏ VƏTƏNDAŞINI HƏBS ETDİ - Mohammadi kimdir? + FOTOLAR (Yenilənib)

Xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan ərazisində casusluq edən xarici ölkə vətəndaşı Ghaedi Mohammad Najaf oğlunu həbs edib.

Musavat.com-un sosial şəbəkə üzərindən apardığı araşdırma nəticəsində məlum olub ki, adı çəkilən əcnəbi casus İran vətəndaşıdır. O, uzun müddətdir ki, aktiv olmayan Facebook səhifəsində İranın Tehran şəhərinin Niavara rayonundan olduğunu qeyd edib. Ghaedi Mohammadin Facebook dostlarının əksəriyyətinin azərbaycanlılar olması da diqqət çəkib. Paylaşdığı fotoların birində isə məşhur Azərbaycan şairi Şəhriyarın portreti ilə yanaşı dayanıb.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanılmış çoxsaylı sübutlar əsasında onun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.

Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə araşdırmalar davam edir.

***

Azərbaycanda casusluq edən xarici ölkə vətəndaşı həbs edilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb.

Bildirilib ki, istintaq olunan cinayət işi üzrə aparılan araşdırmalar zamanı xarici ölkə vətəndaşı, 1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycanın təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.

Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə araşdırmalar davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar