Menu

"Şeytanla da əməkdaşlığa hazırıq” - Ermənistanın müdafiə naziri

15.03.2023, 14:45
"Şeytanla da əməkdaşlığa hazırıq” - Ermənistanın müdafiə naziri

“Biz şeytanla da əməkdaşlığa hazırıq”.

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Suren Papikyan parlamentdəki çıxışında deyib.

O bildirib ki, ordu üçün hər şey etməyə hazırdır: “Əsas odur ki, bunun ordumuza faydası olsun. Mövcud problemlərin həlli üçün mən hər şeyi etməyə hazıram”.

S.Papikyan həmçinin istefası ilə bağlı iddiaların əsassız olduğunu söyləyib: “Mən istefa verməyə hazırlaşmıram. Ordudakı islahatları başa çatdırmaq niyyətindəyəm”.

Nazir onu da qeyd edib ki, İrəvanın mərkəzindəki yeni tikilidən aldığı mənzili qaytarmağa hazırdır.

Şərhlər

Senan 2023-03-16 08:20:26

Bu məxluq doğru deyib şeytan şeytanla əməkdaşlıq edər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol