Aprelin 1-dən Rusiyada yeni müqaviləli əsgərlərin orduya cəlb edilməsinə başlanacaq.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi artıq müqavilə bağlanacaq adamların sayını göstərən sənədləri bölgələrə göndərib.
Müdafiə Nazirliyinin planlarına görə, ümumilikdə 400 min müqaviləli əsgərin orduya cəlb edilməsi gözlənilir.
Məlumatda qeyd olunur ki, işlərin əsas hissəsi hərbi komissarlıqlar tərəfindən həyata keçiriləcək.
Müdafiə Nazirliyinin planlarına əsasən, Çelyabinsk və Sverdlovsk vilayətlərində 10 min, Perm diyarından isə 9 min nəfərin hərbi xidmətə cəlb olunacağı gözlənilir.
“AzPolitika.info”


Şərhlər