Menu

İrandan Azərbaycana qarşı növbəti təxribat... - Azərbaycanla sərhəddəhərbi marş səsləndirdilər

15.03.2023, 16:54
İrandan Azərbaycana qarşı növbəti təxribat... - Azərbaycanla sərhəddəhərbi marş səsləndirdilər

Son günlər İran-Azərbaycan münasibətlərininin yenidən gərginləşməsi fonunda, molla rejimi ölkəmizə qarşı növbəti təxribatını gerçəkləşdirib.

“AzPolitika.info xəbər verir ki, ötən gün, moılla rejiminin sifarişi ilə bir qrup iranlı şagird Araz çayının sahilində və İran-Azərbaycan sərhədinin sıfır nöqtəsinə gətirilərək 1941-ci ilin sentyabrında burada guya təcavüzkarların hücumuna müqavimət göstərərək həlak olmuş üç iranlı əsgərin məzarı yanında “Salam fərmandeh” (Salam komandir) hərbi marşını ifa ediblər.

Məlumat üçün qeyd edək ki, İranın Ali Rəhbəri Əli Xameneiyə həsr olunan hərbi marşın içərisində Azərbaycana və İsrailə qarşı müxtəlif hədyanlar yer alır.

“AzPolitika.info”

Şərhlər

Faiq 2023-03-15 22:23:49

İslam düşməni fars kafir ölkələrlə dost müsəlman ölkələrlə isə düşmən mövqeyindədir. Dəccal xameneyiyan erməni leşine şəhid deyir, Xocalı soyqırımını tanımır, üstəlik erməniyə dəstək verir. Ama bizim cahil millətimiz ayrılmır ki ayrılmır, yenə də farsın müsəlman olduğunu düşünürlər, ağam deyib əlindən opurler

dadaşyev 2023-03-15 19:33:29

İsraildəki səfirliyimizin təntənəli açılışına 2 həftə qalıb deyə o günə qədər iranın rəsmi cındırlarından hər dəfə yeni-yeni donqililik gözləmək olar.Amma nə qədər də malışfason hərəkətlərdir.Bax nolsun gətirdin uşaqları ya böyükləri,mahnı oxudular getdilər.Nə deməkdi bu?Nə hərəkətlərdi bunlar?Neyniyə bilərsən axı?Edə bilsəydin bu cındırlıq ki səndə var,çoxdan edərdin.Elə isə farağat dayansana yerində.Nə qaşınırsan?Dərdimiz-azarımız elə sənsən?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol