BAKIDA KÜTLƏVİ DAVA... - Ölən və yaralanan var (Yenilənib)

Nəsimi rayonu ərazisində baş vermiş qətl hadisəsi ilə bağlı Orxan Zeynalov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

***

Martın 16-da saat 03 radələrində paytaxtın Nəsimi rayonunda 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin kəsici-deşici alətlə öldürülməsi və 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət alması ilə ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, cinayət əməlinini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib, onların saxlanılması istiqamətində tədbirlər görülür.

Nəsimi rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə "20 Yanvar" metrostansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə xüliqanlıq) maddələri cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

635x100

Şərhlər

t.ədalət 2023-03-16 11:21:57

Hadisələrin ard-arda baş verməsi polisin zəif xidmət göstərməsi və cəzasızlığın artması ilə bağlıdır.Hazırda əfv komissiyası cinayətkarları azad edir.Rüşvətə görə belə bir addım atmaq Bakı küçələrini keçmiş cinayətkarlarla dolduracaqdır.....

Vətəndaş 2023-03-16 09:50:26

Azərbaycanı,əsasən Bakı şəhərin kriminal məkana hiyə çevirdiniz? Budurmu inkişaf,budurmu demokratiya,budurmu əmin-amanlıq,budurmu Polisin,hıkumətin yanaşmsının nəticəsi?Hakimiyyət niyə düşünmür? Təzə tikililərdə yanğınlaar,küçə davaları,Polis zorakılığı,qanunlara hörmətsizlik,rüşvət,korrupsiya və nəhayət insan ölümləri! Təhsilişsizlik baş alıb gedir,importdan asılılıq və sair.

Son yazılar