2020-ci ildən 2023-cü ilin mart ayındadək 900 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 427 nəfərə imtina edilib.
APA xəbər verir ki, bunu Akademiyanın Ümumi yığıncağında Ali Attestasiya Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Famil Mustafayev deyib. O bildirib ki, eyni dövrdə 168 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib, 44 nəfərə isə imtina verilib.
Elmi adların verilməsi barədə statistikanı açıqlayan sədr bildirib ki, 372 nəfərə dosent adı, 66 nəfərə isə imtina cavabı verilib:
"Qeyd olunan dövrdə 62 nəfərə professor elmi dərəcəsi verilib, 21 nəfərə isə imtina cavabı verilib".


Şərhlər
Bu məlumatı elmdən xəbəri olmayanlar dəstəkləyəcəklər. Ancaq , acınacaqlı faktdır ki, həmin illərdə imtina olunan işlərin demək olar ki ,hamısı diplomlarını alıblar. Bu ouyn kimə lazımdır?! Nə oldu, əgər dissertasiya işinə imtina qərarı verilirsə və qanuna görə AAK-a daxil olan həmin dissertasiyanın bir cümləsini də dəyişmək icazə verilmirsə, sonradan imtina qərarı verilən şəxsə DİPLOM verilir?! Elm adamları buna-imtina toru vəya oyunu deyirlər! Sadəlövh olmayın.
Son dövrlərin statistikasına nəzər salanda, istənilən sahədə, elm, mədəniyyət, hüquq mühafizə, Gömrük, Vergi, FHN-nin sistemi və s. və i...elmi dərəcələr doktorlar, namizədlər, xalq, əməkdar və s..., generallar və s., və i....necə deyərlər sayı-hesabı yoxdur...İndiki dövrdə istənilən iri bir fırıldağın arxasında məhz belə adamlar dayanır, çünki adi insan nə fırıldağ edəcək ki, olsa-olsa başqasının toyuğuna kiş deyəcək...