Menu

Rusiyada FTX-nin binasında yanğın olub - 1 nəfər ölüb, 2 nəfər yaralanıb (VİDEO)

16.03.2023, 15:35
Rusiyada FTX-nin binasında yanğın olub - 1 nəfər ölüb, 2 nəfər yaralanıb (VİDEO)

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Rostov vilayəti üzrə Sərhəd İdarəsinin binasındakı yanğın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, yanğından əvvəl ərazidə partlayış səsi eşidilib.

Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol