Menu

“ABŞ-ın nazı ilə oynamaq lazım deyil” – “Həyasızlıq edirlər...”

17.03.2023, 12:06
“ABŞ-ın nazı ilə oynamaq lazım deyil” – “Həyasızlıq edirlər...”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın ünvanına növbəti dəfə sərt ifadələr səsləndirib. O bildirib ki, Qara dənizdə ABŞ-a məxsus pilotsuz uçuş aparatı (PUA) insidenti ilə bağlı amerikalıların nazı ilə oynamaq düzgün deyil.

Medvedev “Teleqram” kanalında yazıb ki, insidentlə bağlı hərbi qurumların bir-biri ilə dialoqlarına ehtiyac olsa da, ABŞ-ın nazı ilə oynamaq lazım deyil.

O həmçinin amerikalı senator Qremin Rusiya təyyarələrini vurmağın zəruriliyi ilə bağlı bəyanatına da münasibət bildirib: “Ümumiyyətlə amerikalılar birmənalı olaraq həyasızlıq edirlər”.

Medvedev bildirib ki, PUA-lar hava məkanından istifadə qaydalarına əməl etməlidir, xüsusilə hərbi əməliyyatlar dövründə: “ABŞ PUA-sının daxil olduğu ərazi Rusiyanın bir hissəsidir, bizim suverenliyimiz ora da şamil edilir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol