Menu

Çin Rusiyaya hansı silahları satır? – Dronlar, avtomatlar, gülləkeçirməz jiletlər...

17.03.2023, 12:22
Çin Rusiyaya hansı silahları satır? – Dronlar, avtomatlar, gülləkeçirməz jiletlər...

Çin şirkətləri Rusiyaya müharibədə istifadə oluna bilən min ədəd avtomat, eləcə də pilotsuz təyyarələr üçün hissələr və zirehlər daxil olmaqla, hərbi yardım verib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Politico” nəşri ImportGenius gömrük məlumatlarınaəsasən yazıb.

Çatdırılmalar 2022-ci ilin iyunundan dekabr ayına qədər həyata keçirilib. Çinin ən böyük dövlət müdafiə podratçılarından biri olan “China North Industries Group Corporation Limited” iyun ayında Rusiya hökumətinə bağlı olan “Tekhkrim” şirkətinə tüfənglər göndərib.

“Politico”nun məlumatına görə, ABŞ istehsallı M16 avtomatları modelininin təkmilləşdirilmiş variantı olsa da Çində ov tüfəngləri siyahısında olan CQ-A tüfəngləri polislə yanaşı, Filippindən Cənubi Sudan və Paraqvaya qədər hərbçilər tərəfindən istifadə olunur.

Bundan əlavə, Rusiya şirkətləri Türkiyə vasitəsilə Çin şirkətlərindən 12 partiya dron hissələri və bədən zirehləri alıb. Daha bir Çin şirkəti noyabr-dekabr aylarında Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə Rusiyaya dron hissələri göndərib.

Cəbhədə Rusiya ordusu tərəfindən Çin tüfənglərindən istifadə olunmasına halına rast gəlinməyib, lakin “Mugin-5” pilotsuz təyyarəsi Ukrayna səmasında vurulub. “Mugin Limited” bunun onlara məxsus pilotsuz təyyarə olduğunu təsdiqləyib və insidenti son dərəcə uğursuz olay adlandırıb.

"Biz istifadəni təsdiq etmirik və onun qarşsını almaq üçün əlimizdən gələni edirik", - şirkətin sözçüsü CNN-ə bildirib.

“ImportGenius”un məlumatına görə, ötən ilin dekabrında Rusiya təxminən 10 milyon dollar dəyərində bədən zirehləri idxal edib. Gülləkeçirməz jiletlər Türkiyənin “Aritex” şirkəti tərəfindən istehsal edilib, onların əksəriyyəti Türkiyədən, bəziləri BƏƏ-dən gətirilib. Rusiya həmçinin Çinin “Xinxing Guangzhou Import & Export Co” şirkətindən gülləkeçirməz jiletlər alıb. 2022-ci ildən etibarən Rosoboroneksport müdafiə şirkəti Çindən Serbiya və Myanmaya qədər müxtəlif ölkələrdən mikroçiplər və termal görüntülü kameralaridxal edir.

Fevralın 19-da ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Çin Rusiyaya öldürücü olmayan hərbi yardım edir və eyni zamanda silah tədarükü imkanlarını nəzərdən keçirir. Diplomatın sözlərinə görə, o, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komissiyası ofisinin rəhbəri Van Yi Moskvaya silah tədarükünə başlayacağı təqdirdə Pekin üçün ciddi nəticələr barədə xəbərdarlıq edib.

Az sonra CNN özəl mənbələrə istinadən xəbər verdi ki, Çin hökuməti Rusiyanı təkcə pilotsuz təyyarələrlə deyil, həm də Ukrayna ilə müharibə üçün döyüş sursatları və atıcı silahlarla təmin etməyi düşünür. “Der Spiegel” daha əvvəl yazmışdı ki, aprelin əvvəlində yüzə yaxın kamikadze pilotsuz uçan aparat hazırlanmalı və Rusiyaya təhvil verilməlidir. Amerikanın “The Wall Street Journal” nəşri də Çinin Rusiyaya hərbi yardım göstərmək niyyətindən yazıb.

Çin dəfələrlə ölkəsinin neytral olduğunu və münaqişə zonalarına silah satmadığını bəyan edib. ABŞ ehtiyat edir ki, Pekin həqiqətən də Moskvanın hərbi dəstəyi imkanlarını nəzərdən keçirir.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol