Menu

BMT Rusiyanın törətdiyi dəhşətli cinayətləri araşdırıb – Beynəlxalq Məhkəmə həbslərə order verəcək...

17.03.2023, 15:36
BMT Rusiyanın törətdiyi dəhşətli cinayətləri araşdırıb – Beynəlxalq Məhkəmə həbslərə order verəcək...

Rusiya Ukraynanın bir çox bölgələrində çoxsaylı hərbi və insanlığa qarşı cinayətlər törədib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Şurasının dəstəyi ilə aparılan araşdırmada bildirilir.

Hesabat Mariupol şəhərinin dram teatrında baş verən qətliamın ildönümünə həsr olunub. Hesabatın hazırlanması zamanı hüquq müdafiəçiləri Ukraynanın 56 yaşayış məntəqəsinə, həbsxanalara və kütləvi məzarlıqlara baş çəkib, 600-ə yaxın hadisə şahidini dindiriblər.

Hesabatda insanlığa qarşı mümkün cinayətlər sırasında Rusiya işğalı altında olan ərazilərdə zorlama, sistematik işgəncələr qeyd olunur. Bundan əlavə, hesabat müəllifləri diqqəti Ukrayna infrastrukturuna hücumlara cəlb edir. Bu hücumlar nəticəsində yüz minlərlə ukraynalı soyuq qış aylarında istilik və işıqsız qalıb.

Araşdırma zamanı Rusiya ərazisində ukraynalılara qarşı törədilən cinayətlər - uşaqların Kiyevin nəzarətində olmayan ərazilərə aparılması, filtrasiya sistemi və qeyri-insani saxlanma şəraiti ilə bağlı da faktlar üzə çıxıb.

Hesabat müəllifləri qeyd edirlər ki, qanun pozuntuları və cinayətləri törədən bütün şəxslər beynəlxalq hüquq normalarına uyğun olaraq hüquqi prosedurlar çərçivəsində məsuliyyətə cəlb edilməlidir.

Moskva BMT-nin yeni hesabatını hələlik şərh etməyib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol