Menu

Bir ildə "partlayıcı qurğu" qoyulması ilə DİN və FHN-ə 31 məlumat daxil olub

17.03.2023, 16:09
Bir ildə "partlayıcı qurğu" qoyulması ilə DİN və FHN-ə 31 məlumat daxil olub

Ötən il müxtəlif yerlərə "partlayıcı qurğu" qoyulması ilə bağlı Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinə 31 məlumat daxil olub.

“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Qeyd edilib ki, 2022-ci ildə körpülərə, ticarət mərkəzlərinə, yanacaqdoldurma məntəqələrinə, inzibati binaların girişinə "partlayıcı qurğu" qoyulması barədə DİN və FHN-ə daxil olmuş 31 məlumatın hər birinə operativ reaksiya verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol