PUTİNİN HƏBSİNƏ ORDER VERİLDİ - Beynəlxalq Cinayət Məhkəməsindən qərar

Beynəlxalq Cinayət Məhkəməsi (BƏM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

APA xəbər verir ki, bu barədə Haaqa məhkəməsinin saytında yerləşdirilmiş məlumatda qeyd olunub.

Bildirilib ki, BƏM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin və Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 24 fevral 2022-ci il tarixindən sonra Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır. 

Açıqlamada vurğulanıb ki, Rusiya Prezidenti Vladimir Putinin yuxarıda qeyd olunan cinayətlərə görə fərdi cinayət məsuliyyəti daşıdığını düşünmək üçün ağlabatan əsaslar var.

Məhkəmə, həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Vladimir Putin və Mariya Lvova-Belova

635x100

Şərhlər

Eli 2023-03-17 22:54:53

Pişiklerle qan düşmeni olan siçanlar onlarda cikas olmaq yollarını tapmaq üçün müşavire keçirirler.Her bir teklif ireli sürür.Vezirlerden biri şaha teklif verir ki biz pişiklerin boynuna zınqrov taxmalıyıq ki onlar gelende biz ses eşidşb gizlene bilek.Baş vezir deyir ki bes bunu pişiklerine boğazına kim taxacaq varmı ele bir cesur sıçan?

t.ədalət 2023-03-17 22:04:29

Beynəlxalq məhkəmənin hökmü icra olunmasa belə tarixi bir sənəddir və bu sənəd qeyd-şərtsiz Putinin cinayətkar olduğunu təsdiq edir.Rusiya istəsə,istəməsə də Putin canidir.

Son yazılar