ABŞ Ukrayna ordusunu sürətli şəkildə yazda başlayacaq əks-hücuma hazırlayır.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” nəşri məlumat yayıb.
Nəşr yazır ki, Kiyevin döyüş meydanındakı strategiyasından asılı olmayaraq, ABŞ Ukrayna əsgərlərinin döyüşü davam etdirmək üçün lazım olan silahlara malik olmasını istəyir.
Bu məqsədlə yüzlərlə Qərb tankı və zirehli texnikası, o cümlədən ilk dəfə aralarında körpü qura bilən və qoşunların çaylardan keçməsinə imkan yaradan səkkiz zirehli maşın əks-hücum üçün Ukraynaya təhvil verilib. ABŞ rəsmisi deyib ki, ABŞ-ın dörd-beş ay əvvəl ayırdığı yardım paketləri Ukraynanın bu əks-hücumu üçün planlanmışdı.
ABŞ rəsmiləri deyirlər ki, Kiyev strategiya barədə qərar verməsə də, mahiyyətcə iki variant var: Xersondan cənuba - Krıma doğru irəliləmək, ya da şimal mövqeyindən şərqə, sonra isə cənuba doğru hərəkət edərək Rusiya quru körpüsünü kəsmək.
Rəsmilərin fikrincə, birinci variant real deyil, çünki Rusiya Dnepr çayının şərq sahilində öz müdafiəsini möhkəmləndirib və Ukrayna bu cür qüvvələrə qarşı amfibiya əməliyyatını uğurla həyata keçirmək üçün kifayət qədər canlı qüvvəyə malik deyil. Rəsmilərin fikrincə, ikinci variant daha çox ehtimal olunur.
“AzPolitika.info”


Şərhlər