Menu

"Heç bir vətəndaşımızı sahibsiz buraxmayacağıq" - Ərdoğan

18.03.2023, 15:57
"Heç bir vətəndaşımızı sahibsiz buraxmayacağıq" - Ərdoğan

Çanaqqala savaşı Türkiyənin qurtuluşunun müjdəsi oldu, bu gün isə bizim üçün ilham və güc qaynağıdır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “18 Mart – Çanaqqala Zəfəri” adlı tədbirdə çıxışı zamanı bildirib.

O, ölkədə baş verən zəlzələ və sel fəlakətlərindən sonra “Çanaqqala ruhuna” ehtiyac olduğunu vurğulayıb: “Ən böyük gücümüz olan səfərbərlik ruhuna zərər vermədən şəhərlərimizi yenidən ayağa qaldıracağıq. Heç bir vətəndaşımızı sahibsiz buraxmayacağıq. Türkiyə milləti və dövləti ilə böhranları fürsətə çevirəcək potensiala malikdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol