Zelenski Bəşşar Əsədə 10 il müddətinə sanksiya tətbiq edib
Baxiş sayı:
Dərc olunub:
18/03/2023 - 16:33
Ukrayna Prezidenti Volodimir Zelenski Suriyadakı rejimin başçısı Bəşşar Hafiz Əl-Əsədə 10 il müddətinə fərdi sanksiya tətbiq edib.
“Report” xəbər verir ki, uyğun sərəncam Ukrayna Prezidentinin saytında yayılıb.
Məlumata görə, Zelenski Əsədlə yanaşı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə 300 fiziki və 141 hüquqi şəxsə sanksiya tətbiq edib. Bildirilib ki, onların 3-ü Suriya, 7-si İran və qalanları isə Rusiya vətəndaşlarıdır.
Qeyd edək ki, martın 14-də Bəşşar Əsəd Moskvaya səfəri zamanı Rusiyanın ilhaq etdiyi Ukrayna vilayətlərini federasiyanın əraziləri olaraq tanıyıb.
Son yazılar
11:19
“Biz Rusiyaya xəbərdarlıq etmişdik...” - ABŞ ATACMS raketlərini gizli şəkildə Ukraynaya ötürüb
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.