Ukraynanın Kramatorsk şəhəri raket atəşinə məruz qalıb - Ölən və yaralananlar var

Ukraynanın Kramatorsk şəhərinə (Donetsk vilayəti) raket hücumu nəticəsində 2 nəfər həlak olub, 8 nəfər yaralanıb.

“Report”un məlumatına görə, bu barədə “RBC-Ukraina” Kramatorsk şəhər hərbi administrasiyasının rəhbəri Aleksandr Qonçarenkoya istinadən xəbər verib.

"Rusiya terroru davam etdirir. Kramatorskın kaset bombalarından atəşə tutulmasının nəticələri - 2 nəfər həlak olub, 8 nəfər (üçü ağır olmaqla-red) yaralanıb", - məlumatda deyilir.

Qonçarenko qeyd edib ki, Rusiya hərbçiləri Bernatski bağını və iki kommunal müəssisənin ərazisini atəşə tutublar. İlkin məlumata görə, onlarla yaşayış binası və 14 kommunal texnikaya ziyan dəyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar