Menu

Sabiq icra başçısının qardaşı oğlu yol qəzasında ölüb

20.03.2023, 13:26
Sabiq icra başçısının qardaşı oğlu yol qəzasında ölüb

Naftalanda sabiq icra başçısının qardaşı oğlu yol qəzasında ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1990-cu il təvəllüdlü Quliyev Cavid Müsəllim oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində keçinib.

Qeyd edək ki, C.Quliyev Goranboy Rayonun İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə ölən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Yetmalı 2023-03-20 13:43:35

Ola bilməz!!İcra başçısının qardaşı ölə bilməz,,bəlkə ayrı adamdır,dəqiqləşdirin,əgər icra başçısının qardaşıdırsa,onda ölkədə matəm elan olunmalıdır.Olduqca böyük faciədir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol