Menu

“Üçtərəfli bəyanat bütün qərarların icrası üçün əsas olaraq qalır” - Lavrov

20.03.2023, 15:37
“Üçtərəfli bəyanat bütün qərarların icrası üçün əsas olaraq qalır” - Lavrov

“Rusiya Qarabağ ətrafında vəziyyətin nizamlanmasına diqqət ayıracaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla ikitərəfli görüşdə deyib.

“Şübhə etmirik ki, üçtərəfli bəyanat vəziyyətin sabitləşməsinin təmin edilməsi naminə qəbul edilən bütün qərarların icrası üçün əsas olaraq qalır”, - Rusiya XİN rəhbəri bildirib.

Nazir qeyd edib ki, Rusiya nəqliyyat kommunikasiyalarının açılmasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və sülh sazişinin parametrlərinin razılaşdırılmasına hər cür kömək göstərməyə hazırdır.

Şərhlər

dadaşyev 2023-03-20 21:43:20

Bəs sənin bir ildən artıqdır suveren Ukraynanı dağıtmağın hansı qərarın,hansı sazişin icrasıdı?Demək qərarsız da,sazişsiz də işlər görülə bilinir bu sarsaq dünyada."Milli təhlükəsizliyimizi qoruyuruq" cümləsi demək ki,heç bir sazişə,heç bir qərara baxmır.Gücün varsa gir vur dağıt,vəssalam.Müqəddəslik də,həqiqət də gücdədir.Rəsulillah da Mədinəyə qaçıb oradan gücünü Məkkəyə göstərdi və qalib gəldi deyə haqlı hesab edildi.Mədinəyə getməsəydi Məkkədə cahillərin lağ,gülüş hədəfi olaraq yalançı,dəli hesab edilərək də qalacaqdı.

Roma 2023-03-20 20:11:14

“Üçtərəfli bəyanat bütün qərarların icrası üçün əsas olaraq qalır” - Lavrov...“Rusiya Qarabağ ətrafında vəziyyətin nizamlanmasına diqqət ayıracaq”.-Lavrov...ortalığda seryoja bu sözü deyirsən, erməniynən tək qalanda isə deyirsən işinizdə olun, nə etsəniz biz sizə dəstək...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol