Menu

Çavuşoğlu Moskva görüşünün təxirə salınmasından danışıb

20.03.2023, 16:05
Çavuşoğlu Moskva görüşünün təxirə salınmasından danışıb

Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin 16 martda Moskvada keçirilməsi nəzərdə tutulan görüşün təxirə salınmasına Rusiya ilə Suriyanın birgə qərar verməsi ehtimalı var.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Misirə ziyarəti çərçivəsində yerli jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Rusiya tərəfi görüşə hazırlıqların bitmədiyini vurğulamışdı, lakin Çavuşoğlu 16 martda Suriya təmsilçilərinin artıq Moskvada olduqlarını da əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol