Menu

"Lavrov və Mirzoyanın Azərbaycan əleyhinə yalan və iftira dolu fikirlərini qətiyyətlə pisləyir və rədd edirik" - Ayxan Hacızadə

20.03.2023, 19:00
"Lavrov və Mirzoyanın Azərbaycan əleyhinə yalan və iftira dolu fikirlərini qətiyyətlə pisləyir və rədd edirik" - Ayxan Hacızadə

"Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüş və mətbuat brifinqi zamanı Azərbaycan əleyhinə səsləndirilmiş yalan və iftira dolu fikirləri qətiyyətlə pisləyir və rədd edirik".

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşü və mətbuat brifinqi zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhində deyilir.

A.Hacızadə bildirib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam çıxarmayan, bununla kifayətlənməyərək öz hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə keçirən, Azərbaycana qarşı davamlı hərbi təxribatlar törədən, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan Azərbaycanın təbii sərvətlərini daşımaq, Azərbaycan ərazilərini minalamaq üçün istifadə edən Ermənistanın son dövrlərdə sözügedən sənədə tez-tez istinad edərək, Üçtərəfli Bəyanatı, o cümlədən sülh prosesini pozmaqda Azərbaycanı əsassız şəkildə ittiham etməsi riyakarlığın son həddidir.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanlılara qarşı kütləvi etnik təmizləmə siyasəti həyata keçirən, soyqırımı aktları törədən Ermənistanın Azərbaycanı guya Laçın yolunu bağlamaqda, Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlara qarşı guya “etnik təmizləmə” və “soyqırımı” törətməkdə günahlandırması beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan növbəti yalandan başqa bir şey deyil.

Onun sözlərinə görə, Azərbaycanın bölgədə sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərə sadiq qalmasına baxmayaraq, Ermənistanın bu prosesə xələl gətirmək, öhdəliklərindən boyun qaçırmaq məqsədilə Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etiraz aksiyasına kölgə salmağa cəhd edərək beynəxalq ictimaiyyəti aldatması, o cümlədən 20 mart tarixində şahid olduğumuz kimi, Avropa İttifaqının Ermənistanda missiyasının mövcudluğu zamanı növbəti təxribatlara əl atması qəbulolunmazdır.

"Ümumilikdə, mətbuat brifinqi zamanı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdiyini göstərən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan, daxili işlərinə kobudcasına müdaxilə edən Ermənistan XİN-in 18 mart tarixli əsassız bəyanatındakı iddiaları bir daha təkrarlaması Ermənistanın tarixdən və Azərbaycan XİN tərəfindən bu iddialara qarşı 19 mart tarixində verilmiş açıqlamadan dərs çıxarmadığını göstərir.

Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təxribatçı addımlardan və bəyanatlardan, təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq", - A.Hacızadə vurğulayıb.

Şərhlər

Turan 2023-03-21 16:41:23

Birdəfəlik başa düşmək lazımdır ki, Hindistan qaraçılarının dalında Moskoviya dövləti və onun başçısı durur. Onları Qafqazdan qovmadıqca Qafqazda hərc-mərcilik olacaq. Moskoviya dövlətini öz tarixi sərhədlərinə qaytarmaq bütün dünya dövlətlərinin gələcək nəsillər qarşısında tarixi missiyalarından ən əsasıdır

Nəzərov Təvəkkül 2023-03-21 11:27:37

Hörmətli Azpolitika, mən sizin saytı həmişə izləyirəm və arada şərh də yazıram
Amma əksər vaxtı şərhlərimin hamısı sizin senzuradan keçmir.
Götürək dünən yazdığım şərhdə nə var idi ki, sizin senzuradan keçmədi?

vətəndaşı 2023-03-20 22:33:09

deyirdik ki daldan atılan daş

Roma 2023-03-20 19:56:48

Belə bir deyim var, "axsağ atın, kor da nalbəndi olar"...erməni bilmir kimin qucağına arxasın qoysun, qalıb haça-paçada...amma rus tarixən bizə qarşı namərd siyasət yeridib və əslində bu məsələni qəlizləşdirən də ermənidən çox rusiyadır...

Roma 2023-03-20 19:43:54

Artıq bütün dünyanın nifrət elədiyi və şəxsən müəyyən dünyəvi tədbirlərdə hoydu-hoyduya götürdükləri bu Lavrov-(Kəl-)Əntərov indi erməni, iran, suriya, bəzi Afrika ölkələri və bir sözlə 3-4-cü statuslu dövlətlərlə müəyyən görüşlər keçirir ki, desinlər ki, bunlar da iş görür...

Nəzərov Təvəkkül 2023-03-20 19:06:50

A. Hacızadə, çətin məsələ idi bir jurnalist göndərmək Moskvaya?
Bizim tərəfimizdən bir sual ünvanlayardı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol