Menu

Gələn həftə partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır

21.03.2023, 11:51
Gələn həftə partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır

Gələn həftə siyasi partiyaların Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) 2022-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır.

"Report" xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər.

Bu il aprelin 1-i şənbə gününə təsadüf etdiyi üçün partiyalar illik maliyyə hesabatlarını martın 31-dək MSK-ya təqdim etməlidirlər.

MSK-nın rəsmi saytına əsasən, indiyədək heç bir siyasi partiya illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə quruma təqdim etməyib.

Şərhlər

Kərəm 2023-03-21 13:17:35

Girdirmə partiyalarln da girdirmə hesabatı olacaq.Azərbaycanda bir talançı YAP var.Qalnları isə iki-üç nəfərdən ibarətdir.Bunu bilməyən varmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol