Yaponiya Ukraynaya hərbi texnikanın tədarükü üçün 30 milyon dollar ayırıb
Baxiş sayı:
Dərc olunub:
22/03/2023 - 00:14
Yaponiya Ukraynaya hərbi texnikanın tədarükü üçün 30 milyon dollar ayırıb.
"Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında müvafiq bəyanatla çıxış edib.
Qeyd edək ki, Kişida Kiyevə bu gün səfər edib.
Zelenski bəyan edib ki, Kişida Ukraynaya məhz BMT nizamnaməsinin məqsəd və prinsiplərinin, ümumilikdə beynəlxalq təhlükəsizliyin qorunması üçün qlobal liderliyin aktivləşdirilməsinin vacib olduğu vaxtda gəlib.
Son yazılar
15:12
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.