Türkiyədə prezident seçkiləri üçün 11 namizədin adları açıqlanıb - SİYAHI
Baxiş sayı:
Dərc olunub:
22/03/2023 - 09:20
Türkiyə Mərkəzi Seçki Komissiyası (Yüksek Seçim Kurulu) 11 namizədin prezident seçkilərində iştirak üçün müraciətini qəbul edib.
APA xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.
Bildirilir ki, Komissiya sənədləri yoxlayıb və qərara gəlib ki, həmin şəxslərin mayın 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün qanuni əsasları var. Martın 27-dək namizədlərin hər biri 100 min seçici imzası olan protokolları MSK-ya təqdim etməlidir.
Təsdiqlənən namizədlər arasında Davut Turan, Doğu Perinçek, Erkan Trükten, Halil Murat Ünver, Hilmi Özden, İrfan Uzun, Muhammed Ali Fatih Erbakan, Muharrem İnce, Sinan Oğan, Tevfik Ahmet Özal və Yakup Türkal da yer alır.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.