NATO-dan F-16 QIRLCILARINA YAŞIL İŞIQ - "Kiyevin qərb tərəfdaşları Ukraynaya F-16-ların tədarükünə başlaya bilərlər"

Kiyevin qərb tərəfdaşları Ukraynaya F-16 qırıcılarının tədarükünə başlaya bilərlər. Bu cür yardımdan qəti imtina yoxdur.

APA xəbər verir ki, bunu “The Guardian“ qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Qərb ölkələri artıq Ukrayna tərəfinə əraziləri işğaldan azad etmək üçün kifayət qədər texnika, o cümlədən tanklar, döyüş maşınları və raketlər verib.

O əlavə edib ki, indi Ukraynanın əsas məqsədi hücuma keçmək və işğal olunmuş əraziləri azad etməkdir.

Stoltenberq ABŞ Prezidenti Co Baydenin belə tədarükdən imtina etməsinə baxmayaraq, Amerika F-16 qırıcılarının Ukraynaya təhvil veriləcəyini istisna etməyib və əlavə edib ki, “F-16 ilə bağlı hələlik heç bir qərar verilməyib”.

“Biz səlahiyyətlərin gücləndirilməsi ehtiyacını həll etməyə davam etməliyik”, - deyə o bildirib.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2023-03-23 16:49:55

Şıeəfsiz qərb sonda bu addımları ilə Ukraynanı yok etdirəcəklər

Son yazılar