Menu

"Raketlərimiz Bundestaqa, kanslerin ofisinə uçacaq..." - Medvedev Putinin həbs ehtimalından danışdı

23.03.2023, 12:08
"Raketlərimiz Bundestaqa, kanslerin ofisinə uçacaq..." - Medvedev Putinin həbs ehtimalından danışdı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin barəsində çıxardığı həbs orderi ilə bağlı məhkəmənin qərarını tanıyan ölkələr tərəfindən icra olunması ehtimalına münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Medvedev bu qərarın icra olunmasının Rusiyaya qarşı müharibə etmək elanı anlamı daşıdığını söyləyib:

“Almaniyanın ədliyyə naziri deyir ki, əgər Vladimir Putin Almaniyaya gəlsə, biz onu həbs edəcəyik. O, guya hüquqşünasdır. Heç anlayırmı ki, nə deyir?! Anlaşılandır ki, bu heç vaxt reallaşmayacaq. Amma yenə də… Təsəvvür edək ki, reallaşıb. Nüvə nəhənginin fəaliyyətdə olan dövlət başçısı Almaniya ərazisinə gəlib və həbs olunub. Bu nə deməkdir? Bu, Rusiya Federasiyasına qarşı müharibə elan etmək deməkdir. Belə olan halda, bizim bütün vasitələrimiz, raketlərimiz Bundestaqa, kanslerin ofisinə uçacaq. O, başa düşürmü ki, bu “casus belli”dir, müharibə elanıdır, ya da o, pis oxuyub?!”, deyə rusiyalı siyasətçi vurğulayıb.

Şərhlər

ƏNHU 2023-03-23 23:38:34

BU AXMAQ RUS ALMANİYAYA DEYİR Kİ, BEYNƏLXALQ HÜQUQU POZ. ÖHDƏLİYİNƏ ƏMƏL ETMƏ. DÜNYA NECƏ DƏ 2 ALKAŞIN ƏLİNDƏ GİRİNC QALIB. EŞİTSƏYDİK İNANMAZDIQ. DEMƏK BİR AXMAQ DÜNYANIN ALTINI ÜSTÜNƏ ÇEVİRƏ BİLƏR. ARTIQ DÜNYAYA YENİ BMT, YENİ QANUNLAR GƏRƏKDİR. ELƏ QANUNLAR Kİ, HEÇ BİR PREZİDENT O QANUNLARDAN KƏNARA ÇIXA BİLMƏSİN, HƏTTA ONU ÖZ ÖLKƏSİNDƏ BELƏ ASANLIQLA HƏBS ETMƏK MÜMKÜN OLSUN.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol