Menu

"Mübarizə son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək" - Ərdoğan AÇIQLADI

24.03.2023, 12:11
"Mübarizə son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək" - Ərdoğan AÇIQLADI

"Türkiyə ölkə daxili və xaricində terrorla mübarizəsini son terrorçu zərərsizləşdirilənə qədər davam etdirəcək".

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda iftar mərasimi zamanı çıxışında bildirib.

O qeyd edib ki, Ankara terrorçuları dəstəkləyənlərə qarşı da mübarizəsini gücləndirəcək.

Ərdoğan, həmçinin, Cumhur ittifaqının 14 mayda keçiriləcək prezident və millət vəkili seçkilərini xalqın dəstəyi ilə qazanacağını da vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol