"Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır", - nazirlikdən qeyd olunub.
Xatırladaq ki, martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.
Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Şərhlər
"Sülhməramlı" deyilən rus ordusu işğalla məşğuldur.Onlar on illərlə bizə qarşı döyüşmək üçün Qarabağda güclü arsenal yaradıblar.
Bunlar bizim ağzımızı sınayıblar artıq.Bilirlər ki ilk dəfədəncə cavab vermədiksə,demək,elə xəbərdarlıq edə-edə duracağıq.Bax ən pis iş də budur.Ağız sınamaq.İlk dəfə heç nə etmədiksə ikinci addım atdılar.Yenə heç nə etmədik,dörd addım atdılar.Yenə heç nə etmədik,artıq yol tikintisinə başlayıblar.Yenə heç nə etməsək bu səfər PKK-nın Suriyada tikdiyi kimi tunellər tikməyə başlayacaqlar hər halda.Niyə?Çünki biz yaman astagəlik.Ona görə.