Menu

“Rusiya vətəndaşları Krımdan çıxır” - Ukrayna kəşfiyyatı

24.03.2023, 18:01
“Rusiya vətəndaşları Krımdan çıxır” - Ukrayna kəşfiyyatı

“Rusiya vətəndaşları müvəqqəti işğal altında olan Krımdan çıxır”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib.

O bildirib ki, işğalçı hakimiyyət bu barədə vətəndaşlara müraciət edib.

A.Yusovun sözlərinə görə, Krımdakı daşınmaz əmlaklar sürətlə satılır.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, 1991-ci il sərhədləri bərpa olunmayana, o cümlədən Krım işğaldan azad edilməyənədək sülh olmayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol