Daha bir siyasi partiya seçkidə Ərdoğanı dəstəkləyəcəyini bəyan etdi

Mərhum baş nazir Nəcməddin Ərbakanın oğlunun rəhbərlik etdiyi partiya Cümhur İttifaqına qoşuldu

Prezidentliyə namizəd olmaq üçün 100 min imza toplayan Fatih Ərbakanın rəhbərlik etdiyi Yenidən Rifah Partiyası bir neçə saat əvvəl Cümhur İttifaqına qoşulduğunu aşıqlayıb.  Beləliklə, Cümhur İttifaqı seçkiyə 4 partiya olaraq daxil olub.

Türkiyə mediasının məlumatına görə, “Milli Görüş xəttindən güzəştə getmədən” yollarına davam etdiklərini bildirən Ərbakan deyib: “Partiyamız bu yürüşdə qısa zamanda çox böyük yol qət etdi”.

Partiyasının mayın 14-də keçiriləcək seçkilərə “çox ciddi və həlledici qüvvə” kimi daxil olduğunu bildirən Ərbakan Milli Gorusun “əsl istiqamətinə uyğun”  ittifaqda təmsil olunduğunu qeyd edib.

Qeyd edək ki, Fatih Ərbakan Türkiyənin mərhum baş naziri, Milli Görüş hərəkatının lideri Nəcməddin Ərbakanın oğludur. 

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar