Erməni təxribatçılarını himayə edən sülhməramsız kontingent - VİDEO

Bu gün növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti aşkarlanıb. “Report”un xəbərinə görə, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı videogörüntüdə ərazilərimizdə müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə məxsus "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli "KamAZ" və üzərində yanacaq çəni olan "KamAZ" avtomobilinin hərəkəti texnikinin müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb. Azərbaycanın Müdafiə Nazirliyi son günlər artıq neçənci dəfədir ki, Rusiya sülhməramlı kontingentin Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət edən görüntülərini yayır.

Bütün bunlar onu göstərir ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatın müddəalarının icrası ilə bağlı üzərinə düşən vəzifə borcunu yerinə yetirmir, əksinə, bir sıra hallarda özü onu pozur. Bu isə həm Rusiya sülhməramlı kontingentinə olan etimadı azaldır, eyni zamanda Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni dəstələrinin geniş əl-qol açmasına, Azərbaycan ərazisində növbəti təxribatlara yol açır.

Üzərinə düşən missiyanı yerinə yetirməyən sülhməramlı kontingent mandatının tam əksinə fəaliyyət göstərir, qanunsuz əməllərini gündən-günə artırır, onların bu cür himayəsi isə erməni silahlılarının növbəti təxribatlarına rəvac verir. Ötən il, eləcə də 2021-ci ildə qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri təxribatlar “sülhməramlıların” bu himayəsindən qaynaqlanırdı.

Azərbaycan dəfələrlə Ermənistana, Rusiya Müdafiə Nazirliyinə və "sülhməramlıların" rəhbərliyinə bu qanunsuzluqlara yol verilməməsi müraciəti ilə xəbərdarlıqlar edib. Lakin Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatlar, foto və videogörüntülə vəziyyətin dəyişmədiyini, “sülhməramlıların” öz amplualarında qaldığını, müvəqqəti yerləşdikləri Azərbaycan ərazisində ikibaşlı oyun oynadıqlarını üzə çıxarır.Ancaq belə davam edərsə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımalar və Rusiya sülhməramlı kontingentinin onları müşayiət etməsi Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını reallığa çevriləcək. Bu isə təkcə regionda deyil, bütün dünyada adını “sülhməramlı” qoyan kontingentin missiyasının əsl mahiyyətini ortaya çıxaracaq, eyni zamanda onun daha da nüfuzdan düşməsinə səbəb olacaq. Çünki məramı sülh olan kontingent qanunsuz silahlı birləşmələr üçün silah daşımamalı, silah-sursat daşıyan karvanı müşayiət etməməlidir. Ən azı ona görə ki, qanunsuz silahın, birləşmənin olduğu yerdə sülhdən danışmaq sadəlövhlükdür.

635x100

Şərhlər

Turan 2023-03-25 19:32:30

Azərbaycan indiyədək sülhməramlıların mandatını təsdiq etməyib. Deməli onlar qanunsuz hərbi birləşmələrdir. Antiterror əməliyyatının vaxtı çatıb .

dadaşyev 2023-03-25 11:32:49

“Erməni silahlı birləşmələri üçün silah daşınır,həm də ruslar buna yardım edir”.Bu faktdır.Amma o silahlar həqiqətən də erməni silahlı birləşmələri üçünmü daşınır?Bəlkə biz düşüncəmizi dəyişməliyik,nəhayət,anlamalıyıq ki,o silahları ruslar özlərinə daşıyırlar.Deyə bilərlər sülhməramlı kontingentin bunca silah nəyinə lazımdır?Bax bunu deməsinlər deyə ruslar erməni maşınlarından istifadə edərək özlərinə silah daşıyırlar.Çünki müddətlərinə iki il yarım qalıb,bu iki il yarım içində Gümrüdəki bazalarını Qarabağa daşımalıdırlar ki,2025-ci ilin noyabrında biz artıq orada,Xankəndində rus sülhməramlıları kontingenti deyil,rus bazası olduğunu görüb fakt qarşısında qalaq.Mandatsız sülhməramlını çıxarmaq asandır,amma söhbət işğalçı bazasından gedərsə,gəl çıxart görüm necə çıxardırsan.Üstəlik oradakı ermənilər rus vətəndaşlığını qəbul edərlərsə,vəssalam,rus deyəcək biz öz vətəndaşlarımızı hər vasitəylə qorumalıyıq,bunun üçün də hərbi baza qurmuşuq özümüzə.Rus bilərək ki onu peyk vasitəsilə izləyirik və erməniyə silah daşıdığını görəcəyik,bunu həyasızcasına açıq-aşkar etməklə “erməniyə silah daşıyırıq” görüntüsü yaradır,nəticədə həm bizim başımızın altına yastıq qoyur,həm erməninin.Erməni elə hesab edir ki,o silahlar Xankəndi üçün daşınır,buna görə rusa olan incikliyi yox olur,biz də hesab edirik ki,o silahlar erməniyə daşınır,buna görə sülhməramlılığın iki il sonra rus bazasına çevrilə biləcəyi ehtimalı ağlımızın ucundan belə keçmir.Bilirsinizmi niyə belə düşünürük?Çünki biz hələ də elə bilirik ki,xristian ölkələri ermənistana yardım edir və ya İran ermənistana yardım edir,daha düşünmürük ki,ermənistan sönməz türk nifrətiylə xristian ölkələrinin və iranın Azərbaycana söxulmaq hiyləgərliklərinə yardım edir.Yəni onlar ermənistana deyil,ermənistan onlara lazımdır.Odur ki ermənistan türkə yaxınlaşmaq istədikdə onlar qoymazlar,necə ki qoymurlar.Çünki o zaman Azərbaycana soxulmaq planları yox olmuş olur.Odur ki,duyduq duymadıq deməyin,ən azı bu iki il yarım içində erməni bizimlə kəsinliklə sülh müqaviləsi bağlayan deyil, rus murdarməramlıları Xankəndinə silah daşımalarını bitirən deyillər,nə də müddətləri bitdiyində Qarabağdan gedən deyillər.Özümüzü aldatmayaq mənasız görüşlərlə-filanlarla.Bizim hazırda görməli olduğumuz ən vacib işimiz Laçın yolunda sərhəd-gömrük məntəqəsi yaratmağımızdır.Onu yaratmağı bunca gecikdirmişik,bundan sonra da gecikdirmək olmaz

Kərimov 2023-03-25 00:46:28

Ən böyük səhv Rus ordusunu "sülhməraml"adı ilə ölkəyə buraxmaq olub.Üç ildən sonra onların nə etdiklərini yazmaqda məna varmı? Onların əməllərini bildikdən və gördükdən sonra AZərbycan bunun qarşısını almaq üçün niyə heç nə etmir.susur.Deməli torbada pişik var.Hakimiyyət bunu əvvəlcədən bilib və ona görə susur..

Son yazılar