“Rusiya ordusunun cəbhə xəttini stabilləşdirməyə çalışması Rusiya Federasiyasının operativ müdafiə planına qayıtdığını göstərir. Belə ki, 2023-cü ilin yanvarında başlayan hücum uğurlu nəticələr verməyib”.
“AzPolitika.info” xəbər verir ki, Böyük Britaniya kəşfiyyatının son hesabatında belə deyilir.
Hesabatda qeyd olunur ki, Rusiya tərəfinin Baxmut istiqamətindəki hücumları demək olar, böyük ölçüdə dayanıb. Bu isə həmin istiqamətdəki rus qoşunlarının tükənməsindən irəli gəlir. Bununla bərabər qeyd olunur ki, Baxmutdakı Ukrayna qüvvələri də ciddi itkilər verib.
Həmçinin, bildirilir ki, məhz Baxmut istiqamətində “Vaqner”-lə Müdafiə Nazirliyi arasındakı gərginlik və qarşıdurma özünü daha çox göstərir və Rusiyanın uğursuzluğunda əhəmiyyətli rol oynayır.
Britaniya kəşfiyyatı bildirir ki, hazırda Rusiya tərəfi daha çox Avdeyevka və Kremennaya istiqamətinə əhəmiyyət verməyə başlayıb. Lakin buradakı hərəkətlənmələr də hücumdan daha çox cəbhə xəttinin stabilləşdirilməsinə və müdafiəyə hesablanıb.
“AzPolitika.info”


Şərhlər