Menu

Avropa çempionatı: Azərbaycan karateçiləri 4 medal qazanıblar

26.03.2023, 00:00
Avropa çempionatı: Azərbaycan karateçiləri 4 medal qazanıblar

Azərbaycan karateçiləri İspaniyanın Qvadalahara şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıblar.

"Report"un məlumatına görə, İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) finalda uduzaraq, ikinci yerlə kifayətləniblər.

Tural Ağalarzadə (67 kq) və Fərid Ağayev (75 kq) bürünc medal görüşündə qalib gəlməklə fəxri kürsüyə qalxıblar. Fidan Teymurova (50 kq) turniri 5-ci pillədə başa vurub.

Qeyd edək ki, Avropa çempionatına 48 ölkədən 468 idmançı qatılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol