Ermənistanın hökumət başçısı Nikol Vovayeviç indi də əli hər yerdən üzüldüyü səbəbilə, Azərbaycanın az sayda erməni əhalisi yaşayan Qarabağ iqtisadi zonasına BMT və ATƏT çətiri altında beynəlxalq missiyanın gəlməsi məsələsini ortaya atıb.
Deməzsənmi, mahir oyunbaz Nikolçiki bu ermənilər üçün təhlükəsizlik qarantayası maraqlandırır və Vovayeviç hesab edir ki, bu qarantiya beyqəlxalq missiya tərəfindən təmin olunmalıdır. Amma həyasız dığa unudur ki, Qarabağ Azərbaycandır və buraya beynəlxalq missiya ancaq Azərbaycanın razılığı əsasında göndərilə bilər, belə razılıq isə sadəcə yoxdur. Məgər Nikol bunu anlamır? Əlbəttə anlayır, amma özünü axmaqlığa vurub, vaxt uzadır və bu tipli «orqumentlərlə» beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq məqsədi güdür.
Ermənistan hökuməti bu cür davranışla həm də haray çəkən faktların məsuliyyətindən müvəqqəti də olsa qorunmaq fikrindədir və «taleyin hökmünə ümidlə baxır». Nikolun «iqnor» etdiyi faktlar isə haray çəkib, saç yolur. Məsələn, İkinci Qarabağ müharibəsindən iki ildən artıq vaxt ötməsinə baxmayaraq, Ermənistan Qarabağdakı silahlı quldur dəstələrini Azərbaycanın bu bölgəsindən çıxartmayıb və çıxartmaq istəmir. Amma 44 günlük müharibədə məğlub olan və kapitulyasiya aktını imzalamış elə həmin külbaş Nikol bu silahlıların ərazidən çıxarılacağı öhdəliyini qəbul edib.
İkincisi, Ermənistan hay-küy salmaq əvəzinə, Azərbaycanla sərhədlərini müəyyənləşdirməli və demarkasiya etməlidir, amma etməyib və görünür ki, etmək istəmir.
Üçüncüsü, Ermənistan tərəf Laçın dəhlizi əvəzində və bu statusla eyni statusda olan Zəngəzur dəhlizinin açılacağını öhdəlik olaraq, boynuna götürüb, amma hələ də bu istiqamətdə «çöpü çöp üstə qoymayıb».
Dördüncüsü, kapitulyasiya aktına uyğun olaraq, Ermənistan bütün nəqliyyat kommunikasiyalarını açmal idi, amma açmayıb və açmaq fikrində deyil.
Nəhayət, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və onunla sulh müqaviləsi bağlamalı idi, amma ötən müddət ərzində Nikol ən müxtəlif və iyrənc üsullarla bu öhdəlikdən israrla qaçıb və gördüyü yeganə iş bu istiqamətli yazışmaların hesabını aparmaqdan ibarət olub.
Bu baxımdan heç təsadüfi deyil ki, Ermənistanın sabiq prezidenti Serjik Sarqsyan onun bu cür fəaliyyətini belə qiymətləndirib: «Ermənistan hökumətinin gücü onun həyasızlığındadır». Erməni dostu rus belə məqamlarda deyir: «Slabo, Serjik!»…
Əslində, Serjik özü Nikolçikdən qat-qat həyasızdır. Serjikin həyasızlığı tipik erməni abırsızlığı ilə əkizdir - gərək insan övladı abırsız ola ki, həyasızlıqdan çəkinməyə. Serjikin çöhrəsinə ötəri bir nəzər salmaqla, bunu müşahidə etmək olar. Hələ Serjik prezident olanda yazmışdım ki, bu dığanın gözləri qurbağa gözlərinə oxşayır…
Mirzə AĞ
AzPolitika.info


Şərhlər
Mirzə bəy, əla! Həmişəki kimi!