Menu

Azərbaycan millisi Sloveniyaya qalib gəlib

26.03.2023, 20:42
Azərbaycan millisi Sloveniyaya qalib gəlib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuran 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

"Report"un məlumatına görə, Sloveniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan kollektiv 2:0 hesablı qələbə qazanıb.

Millinin heyətində 27-ci dəqiqədə Samir Abdullayev və 90-cı dəqiqədə Murad Vəliyev fərqlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol