Menu

ABŞ Suriyadan çıxmaq istəmir

26.03.2023, 22:50
ABŞ Suriyadan çıxmaq istəmir

ABŞ Prezidenti Cozef Bayden amerikalı hərbçilərin Suriyada mövcudluğunu saxlamağı planlaşdırır.

Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.

O, iddia edib ki, guya İŞİD-ə qarşı missiyanı davam etirmək üçün Suriyada qalırlar. 

"Suriyada bu qruplaşmaya qarşı vuruşan 1 000-ə qədər hərbçimiz var. Bu qruplaşma azalsa da, hələ də diridir”, - Kirbi CBS telekanalında deyib.

Bayden bu missiyanı yaşatmağa “tamamilə tərəfdarı” olduğunu vurğulayıb.

“Biz həmişə ordumuzu və obyektlərimizi (talan etdikləri neft quyularını-red.) qoruyacağıq”, - o əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol