Menu

İsrail Prezidenti də Baş nazirə qarşı çıxdı – Hersok məhkəmə islahatlarını dərhal dayandırmağa çağırdı

27.03.2023, 11:49
İsrail Prezidenti də Baş nazirə qarşı çıxdı – Hersok məhkəmə islahatlarını dərhal dayandırmağa çağırdı

İsrail Prezidenti İssak Hersoq hökuməti ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmağa çağırıb. Onun sözlərinə görə, hazırda İsrailin təhlükəsizliyi, iqtisadiyyatı və cəmiyyəti təhdid altındadır.

İsrail prezidentinin bəyanatında deyilir: “İsrail xalqının birliyi naminə, məsuliyyət naminə sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram”.

Hersoq həmçinin Knessetin bütün fraksiyalarının, həm koalisiya, həm də müxalifət rəhbərlərini ölkə vətəndaşlarını hər şeydən üstün tutmağa və daha gecikmədən məsuliyyətli və cəsarətlə hərəkət etməyə çağırıb.

“İndi oyan! Bu, siyasi məqam deyil, bu, liderlik və məsuliyyət anıdır”, - İsrail Prezidenti bildirib.

Bazar günü İsrailin müdafiə naziri Yoav Qalant məhkəmə islahatlarının qəbulu prosesini dayandırmağı təklif edib. O, mövcud vəziyyəti ölkənin təhlükəsizliyinə təhdid adlandıraraq, orduda da etiraz əhval-ruhiyyəsinin olduğunu vurğulayıb. Onu müxalifət lideri, İsrailin keçmiş baş naziri Yair Lapid dəstəkləyib.

Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu Qalantı işdən çıxarıb.

İsraildə Benyamin Netanyahu hökumətinin təklif etdiyi məhkəmə islahatına qarşı etirazlar ardıcıl on ikinci həftədir ki, davam edir. Məhkəmə islahatları nəzərdə tutur ki, parlament çoxluğu faktiki olaraq Ali Məhkəmənin hakimlərinin seçimini müəyyən edəcək və məhkəmənin özü də hökumətin qərarlarını ləğv etmək imkanını itirəcək.

Parlament islahatı gələn həftə səsverməyə çıxarmalıdır. İslahatın əleyhdarları hesab edirlər ki, onun qəbulu məhkəmələrin müstəqilliyinin itirilməsi demək olacaq. Dünən 600 mindən çox nümayişçi küçələrə çıxıb.

Netanyahu hesab edir ki, etirazçıların məqsədi onu hakimiyyətdən uzaqlaşdırmaqdır. O, dekabrda siyasi karyerasında altıncı dəfə baş nazir seçilib. Hazırda Netanyahuya qarşı korrupsiya ilə bağlı üç cinayət işi başlanıb, lakin o, özü təqsirli olduğunu inkar edir.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol