Səfərbərliklə hərbiyə çağrılan rusiyalı deputatlar və onların övladları Ukrayna müharibəsində həlak olmasınlar deyə, cəbhə xəttindən çox uzaqda saxta hərbi bölmələr yaradıblar.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.
Məlumata görə, Putinin “Vahid Rusiya” partiyasının maliyyə dəstəyi ilə təşkil edilən bu cür bölmələrin digər bir məqsədi isə ictimaiyyətin Ukraynadakı işğala dəstəyini artırmaqdan ibarət olub. Burada xidmət edənlər hərbi formada pozalar verərək, “Şücaətə görə” medal belə qazanıblar.
Rusiyanın nüfuzlu “VKCh-OGPU” kanalı da “Vahid Rusiya” partiyasının Donetsk vilayətində saxta hərbi bölmələr təşkil etdiyini yazıb.
“Bu, özlərini müharibədə iştirak etmiş kimi göstərmək istəyən, lakin cəbhə xəttinə getmək istəməyən deputatlar və onların uşaqlarını əhatə edən bir bölmədir. Siyasətçi Dmitri Sablin bölmənin əsasını qoyub və onun oğlu və digər “Vahid Rusiya” partiyasının üzvləri ilə birlikdə orada “xidmət ediblər”. Bu barədə paylaşılan fotolara əsasən həmin əsgərlərin cəbhədən uzaqda pilotsuz təyyarələr hazırladıqları görünür”,- deyə kanal qeyd edib.
“AzPolitika.info”


Şərhlər