Menu

“Vaqner”-in ucsuz-bucaqsız qəbiristanlığı – Putin və Priqojinin daha bir “əsəri” (VİDEO)

27.03.2023, 12:42
“Vaqner”-in ucsuz-bucaqsız qəbiristanlığı – Putin və Priqojinin daha bir “əsəri” (VİDEO)

Rusiyanın Krasnodar vilayətinin Qoryaçiy Klyuç şəhərinin ərazisində “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin basdırıldığı böyük qəbiristanlığın videogörüntüləri yayımlanıb.

“AzPolitika.info” xəbər verir ki, sosial şəbəkələrin və mətbuatın böyük marağına səbəb olan görüntülərdə minlərlə qəbir əks olunub.

Xəbərdə deyilir ki, görüntülərdəki ərazi “Vaqner”-in qəbiristanlıqlarından biridir. Yevgeni Priqojinin şirkətinin həlak olan döyüşçülərinin böyük bir hissəsi də başqa qəbiristanlıqlarda dəfn olunub, ya da doğulduqları vilayətlərə göndərilib. Videoda ağlaya-ağlaya danışan qadın bildirir ki, qəbirlərin hamısı təzədir və əsasən 2022-ci ilin sonu və bu ilin əvvəlinə aiddir. Burada dəfn olunanların içərisində çoxlu gənc rusiyalılar var.

Qeyd edək ki, bundan az öncə Qoryaçiy Klyuç şəhərinin meri ilə “Vaqner”-in şefi Priqojin arasında qarşıdurma yaşandığı barədə məlumatlar yayılmışdı. Belə ki, mer “Vaqner”-in döyüşçülərinin şəhər ərazisində basdırılmasına qarşı çıxıb və bildirib ki, bu qəbiristanlıq kurort şəhəri olan Qoryaçiy Klyuç barədə müsbət təəssürat yaratmır. Priqojin isə buna görə şəhər merini hədələmişdi və hətta məsələ Duma rəhbərliyinə qədər gedib çıxmışdı.

“AzPolitika.info”


Şərhlər

Xankəndi qaçqını 2023-03-27 17:27:32

Bu qəbiristanlığa Kremlin XİNnın həndəvərində, onun təklif etdiyi ərazidə qurmaq gərəkdi? Həmin şəhid-qurbanlar Kremlin xarici siyasət fəaliyyətinin çoxillik nətcələrinin onda yox, yüzdən biri deyilmi?

Veteran 2023-03-27 14:30:58

Allah Putinə və onun ətrafındakı fitnə verən ermənilərə nəhlət eləsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol