Menu

653 gülləyə görə 200 minlik şəhər karantinə alındı... – Heç kim evdən çıxa bilməz

27.03.2023, 14:56
653 gülləyə görə 200 minlik şəhər karantinə alındı... – Heç kim evdən çıxa bilməz

Şimali Koreya Prezidenti Kim Çen In Çinlə sərhəddə yerləşən Hyesan şəhərində ordunun itirdiyi güllələr tapılana qədər insanların karantində qalacağını bildirib.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, orduda 653 mərminin itməsi ilə birlikdə 200 min əhalisi olan Hyesan şəhəri karantinə alınıb və insanların çölə çıxmasına icazə verilməyib.

Mənbələrin bildirdiyinə görə, polis şəhəri mühasirəyə alaraq, evlərdə axtarışlar aparmağa başlayıb. Rəsmi Pxenyan güllələri tapdıqdan sonra aidiyyatı qurumlara xəbər verməyənlərin ağır şəkildə cəzalandırılacaqlarıyla bağlı xəbərdarlıq edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol