“Qərbin reaksiyası Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarına təsir etməyəcək”.
“AzPolitika.info” xəbər verir ki, Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov yerli mətbuata açıqlamasında belə deyib.
“Qərbin belə reaksiyası, şübhəsiz ki, Rusiyanın planlarına təsir edə bilməz”, - Kreml sözçüsü bildirib. O xatırladıb ki, Rusiya dövlətinin başçısı Vladimir Putin şənbə günü verdiyi müsahibədə hər şeyi izah edib. “Buna əlavə ediləcək heç nə yoxdur”, – Peskov bildirib.
Bundan əvvəl Putin bildirib ki, Rusiya Federasiyası Belarus tərəfinin tələbi ilə, ABŞ-ın öz müttəfiqlərinin ərazisində çoxdan etdiyi kimi, öz taktiki nüvə silahlarını Belarusda yerləşdirəcək. Onun sözlərinə görə, Moskva artıq nüvə silahının daşıyıcısı ola biləcək “İsgəndər” kompleksini Minskə təhvil verib, iyulun 1-də respublika ərazisində taktiki nüvə silahları üçün anbarın tikintisi başa çatır.
Putin qeyd edib ki, onun belaruslu həmkarı Aleksandr Lukaşenko Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi məsələsini çoxdan qaldırıb. Rusiya lideri iddia edib ki, Belarusla saziş nüvə silahının yayılmaması ilə bağlı beynəlxalq öhdəlikləri pozmur.
Rasim
“AzPolitika.info”


Şərhlər