Menu

Rusiya Ukraynaya “S-300” raketi atıb - 2 nəfər ölüb, 29 nəfər yaralanıb

27.03.2023, 16:11
Rusiya Ukraynaya “S-300” raketi atıb -  2 nəfər ölüb, 29 nəfər yaralanıb

Rusiya ordusu martın 27-də Ukraynanın Slavyansk şəhərinə iki “S-300” raketi atıb. Nəticədə 2 nəfər ölüb, 29 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı UNIAN yayıb.

Raket zərbələri nəticəsində 7 çoxmərtəbəli binaya və 5 şəxsi evə ziyan dəyib.

Bu gün Rusiya ordusu Ukraynanın Drujkovka rayonuna da “S-300” zenit-raket kompleksi ilə zərbə endirib. Raketlərdən ikisi uşaq internat-evinə düşərək binanı tamamilə dağıdıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol