Ukrayna Beynəlxalq Olimpiya Komitəsinin(BOK) Rusiya və Belarus idmançılarının olimpiya oyunlarına buraxılması məsələsini müzakirəyə çıxarmaq cəhdləri barədə məlumatlara kəskin reaksiya verib.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna XİN-in məlumatında Ukrayna ilə birgə Polşa, Estoniya, Latviya və Litvanın da Rusiya və Belarus idmançılarının beynəlxalq yarışa buraxılmasına kəskin etiraz etdiyi və bununla bağlı birgə bəyanat imzalandığı qeyd olunur.
Ukrayna BOK-u 28-30 mart tarixində keçiriləcək iclasdan öncə xəbərdar edib. Müraciətdə deyilir ki, Rusiya və Belarus idmançılarının “neytral” statusda yarışlara buraxılması qətiyyən yolverilməzdir və bunun səbəbi onların milli mənsubiyyəti yox, işğalçı dövlətin hakimiyyəti və ona yaxın şirkətlər tərəfindən maliyyələşdirilmələri və dəstəklənmələridir.
Ukrayna XİN bildirir ki, Rusiya və Belarus idmançıları yalnız Ukraynaya qarşı işğal dayandırıldıqdan və ölkənin suverenliyi təmin olunduqdan sonra beynəlxalq yarışlara hər hansı bir statusda buraxılmalıdırlar.
“AzPolitika.info”


Şərhlər