Menu

Qırğızıstan rus oliqarxlara qucaq açıb – Prezident kimlərə vətəndaşlıq verib?

27.03.2023, 16:37
Qırğızıstan rus oliqarxlara qucaq açıb – Prezident kimlərə vətəndaşlıq verib?

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra bir sıra rusiyalı iş adamlarına və tanınmış şəxslərə Qırğızıstan vətəndaşlığı verilib. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Moskva Tayms” Mərkəzi Asiya ölkəsinin Prezidenti Sadır Japarovun bu barədə ötən il imzaladığı fərmana istinadən yazıb.

“Transparency İnternational” təşkilatının Rusiyadakı nümayəndələri hesab edirlər ki, rusların Qırğızıstan pasportunu almasında korrupsiya əlamətləri var.

"Moskva sakinləri Qırğızıstan pasportlarını almağa tələsdilər. Prezidentin respublika vətəndaşlığına qəbulla bağlı son fərmanına paytaxt şəhərin əlliyə yaxın sakini və Rusiyanın digər bölgələrindən də eyni sayda insan daxil edilib", - "The Moscow Times" yazır. Nəşrin təhlil etdiyi fərmanda yazılan vətəndaşların adları, soyadları, doğum tarixləri və yerləri, məsələn, Tver vilayətinin keçmiş qubernatoru Dmitri Zelenin kimi rusların məlumatları ilə tam üst-üstə düşür. Bundan başqa Rusiya hökumətinin ən yüksək məhkəmə instansiyalarında səlahiyyətli nümayəndəsi - Natalia Barşçevskayanın, həmçinin “Bitzlato” kriptovalyuta birjasının həmtəsisçisi Anton Şkurenko və onun oğullarının, “Fragrant World”un sahibi Valeri Zadorin, Aleksandr və Mixailin adlarını da siyahıda görtmək mümkündür.

Media hazırda Qırğızıstanda yaşayan Moskvadan olan maliyyəçi Mixail Juxovitskinin vəzifəsinə diqqət çəkib. 22 noyabr 2022-ci ildə o, “Facebook” səhifəsində ikinci pasporta sahib olmaq istəyən dostlarına kömək etdiyini yazıb. Bir neçə gün əvvəl o, Qırğızıstan pasportunun alınmasının üstünlükləri ilə bağlı daha bir yazı dərc edib: "Yalnız bir ssenari var - Orta Asiyanın aralıq pasportuna sahib olmaq! Sonra onunla Avropa İttifaqına viza almaq da olar”.

Bazar ertəsi “Baza” teleqram kanalı ötən il Qırğızıstan pasportu alan ruslar arasında “Naşi” gənclər hərəkatının keçmiş koodinatoru Mariya Drokovanın olmasına diqqət çəkib. Onun adı müvafiq sərəncamda qeyd olunub. O, bir müddətdir ABŞ-da yaşayır və burada vençur kapitalı fondu təsis edib. “The Washington Post” qəzeti 2022-ci ilin dekabrında FTB-nin Drokova ilə maraqlandığını, onun rəhbərlik etdiyi fondun sanksiyaya məruz qalan rus milyarderləri ilə əlaqəli ola biləcəyindən şübhələndiyini yazmışdı.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol