Menu

Abşeronda avtomobillər toqquşub - 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb

28.03.2023, 10:43
Abşeronda avtomobillər toqquşub - 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Abşeron rayonunda avtomobillər toqquşub, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, ötən gün saat 17:00 radələrində Xırdalan-Saray yolunda Sumqayıt şəhər sakinləri – Fərzəliyev Ehtiram Niyaz oğlunun idarə etdiyi “İVECO"' markalı 90-JU-259 nömrə nişanlı yük avtomobili ilə Hüseynov İsmayıl Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı 90-SM-259 nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol