Rusiya ucuz pilotsuz uçuş aparatları müqabilində İranı kiber silahlarla təmin edir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Tehran Rusiyanı yaxın mənzilli raketlər, tank və artilleriya mərmiləri ilə təmin etməyə başladıqdan sonra iki ölkə arasında əməkdaşlıq xeyli intensivləşib.
Nəticədə İran Rusiyadan elit səviyyəli hücum helikopterləri, reaktiv qırıcılar, uzaqmənzilli raket proqramı, eləcə də kiber yardım almaq istəyib.
Məlumata görə, İranın əsas kiber xidmət təminatçısı Rusiyanın Müdafiə Nazirliyi ilə əlaqəli olan “Proteus” şirkətidir.
“AzPolitika.info”


Şərhlər