Rus ordusu Avdiivka şəhərində cuzi irəliləyişə nail olsa da, hərbi texnika sarıdan böyük itkilər verib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatının son hesabatında deyilir.
Hesabatda bildirilir ki, Rusiyanın 10-cu tank alayı Avdiivkanı cənubdan mühasirəyə almağa çalışarkən, xeyli sayda tankını itirib.
Açıq mənbələrdən daxil olan çoxsaylı məlumatlara görə, burada döyüşən hərbçilər arasında nizam-intizamla bağlı böyük problemlər var. Ehtimal edilir ki, 10-cu tank Alayının itkiləri, taktiki cəhətdən yalnış hücumlarla bağlı olub.
“AzPolitika.info”


Şərhlər