Menu

"Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib" - Britaniya kəşfiyyatı

28.03.2023, 12:17
"Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib" - Britaniya kəşfiyyatı

Rusiyanın 10-cu tank alayı texnikalarının böyük hissəsini Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərində gedən döyüşlərdə itirib.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının səhər saatlarına olan hesabatında vurğulanıb.

Bildirilib ki, son günlər Rusiya Donetskin Avdeyevka şəhərini mühasirəyə almağa üstünlük verir. Bu istiqamətdə çox cüzi irəliləyişə nail olsalar da, onlar çoxlu sayda zirehli texnika itirib.

Məlumata görə, 10-cu tank alayı şəhərin cənubunda tabeliyində olan döyüş maşınlarının böyük qismini itirib. Bu alay 2022-ci ilin avqustunda Ukraynaya müdaxiləni dəstəkləmək məqsədilə yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol