PKK-dan “Kılıçdaroğlunun arxasındayıq” mesajı ... - “Maskalarını çıxararaq, əsl kimliklərini ortaya qoyurlar”

Coşqun Başbuğ: “Ərdoğan düşmənçiliyi ilə qurulan bu ittifaq sonradan dövlətə düşmənçilik edənlərin birliyinə çevrilib”

Terror təşkilatı PKK-nın liderlərindən olan “Bese Hozat” kod adlı terrorist Hülya Oran mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkilərində iqtidarın əsas rəqibi olan Kamal Kılıçdaroğlunun arxasında olduqlarını açıq şəkildə ifadə edərək, seçkilərə qədər terror fəaliyyətlərini dayandırdıqlarını açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, PKK-ya bağlı televiziyaya açıqlamalar verən terrorçu bir neçə gün öncə Kılıçdaroğluyla görüşdükdən sonra prezidentliyə namizəd çıxarmayacaqlarını açıqlayan separatçı kürdlərin siyasi təşkilatıı olan Xalqların Demokratik Partiyasının (HDP) bu addımının doğru olduğunu vurğulayıb: “HDP-nin namizədliyini irəli sürməməsi partiyanın prinsipial mövqeyinə uyğundur. Bu, birbaşa seçkilərin nəticəsinə təsir edəcək. Bununla onlar həm də gələcəkdə kimə dəstək verəcəklərini də bildirdilər... ”

Hozat seçki prosesində heç bir terror aktı törətməyəcəklərini bildirib.

Bu barədə Türkiyə mətbuatına açıqlama verən Terror və Təhlükəsizlik Mütəxəssisi Coşqun Başbuğ, PKK və HDP-nin əməkdaşlıq etdiyini və bu strukturun birbaşa olaraq “Millət İttifaqı” adlanan struktura dəstək verdiyini bildirib: “Daim dağıtmaqdan, yandırmaqdan danışan PKK seçkilərə gəlincə terror hücumlarını dayandıracağını bildirir. Bu açıqlama sürpriz deyil. Dünənə qədər bağlı qapılar arxasında davam edən bu əməkdaşlıq indi ictimaiyyətə açıq şəkildə irəliləyir”.


“Biz bəzi şeyləri sorğulamalıyıq. Bu əməkdaşlıq yenimi yaranıb? Yoxsa çoxdan var idi, biz bunu görmürdük? Biz də aylar, illər əvvəl demişdik ki, 2023-cü il seçkiləri ən kritik, həyati əhəmiyyət kəsb edən seçkidir. Niyə belə bir şey söyləmişdik? Çünki bilirdik ki, iş o yerə çatacaq ki, özlərini sağçı, solçu, mühafizəkar kimi tanıdan partiyalar əl-ələ verərək maskalarını çıxararaq, əsl kimliklərini ortaya qoyacaqlar. Bizi gözləyən proses bu idi və belə də oldu. Artıq sona və yıxılanın ayağa qalxa bilməyəcəyi bir seçki mərhələsi başlayıb”- deyə, o, əlavə edib.

C. Başbuğ qeyd edir ki, qlobal imperialist quruluş bu birliyə təlimat verib ki, “köhnə hiylələri buraxın və həqiqi kimliyinizlə əl-ələ verərək meydana tökülün”. 

O, PKK terror təşkilatı və özünü “Millət İttifaqı” adlandıran strukturun eyni mövqedə birləşdiyini bildirib. Başbuğun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan düşmənçiliyi ilə qurulan bu ittifaq sonradan dövlətə düşmənçilik edənlərin birliyinə çevrilib.

“AzPolitika.info”

635x100

Şərhlər

Türk 2023-03-29 09:53:59

Bunun adı Vətənə xəyanətydir,

Son yazılar