Menu

Fransa Qolodomoru soyqırım kimi tanıyıb

28.03.2023, 22:26
Fransa Qolodomoru soyqırım kimi tanıyıb

Bu gün, martın 28-də Fransa 1932-1933-cü illərdə baş vermiş Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Bu barədə “Report” Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadən xəbər verir.

“Fransa parlamentinin 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıması mühüm və simvolikdir”, - deyə Zelenski bildirib.

Prezident Fransanın Rusiyanın həm keçmişdə, həm də indiki cinayətlərinin ifşasına verdiyi güclü töhfəyə görə minnətdarlığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol